Kitabxanadan bildirilib ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri davam edən etnik təmizləmə siyasətinin dəhşətli nümunəsi olan Xocalı soyqırımı haqqında müzakirələr aparılıb. Gənclər əsrin qətliamı haqqında tarixi faktları əks etdirən kitablar, broşürlər və fotoşəkillərlə tanış olub, soyqırımı dəhşətləri, onun başvermə səbəbləri barədə fikirlərini bölüşüblər.
Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı virtual sərgidə kitab və dövri mətbuat materialları, fotoşəkillər, ingilis dilində təqdim edilən “Khojaly genocide” adlı virtual sərgidə kitablar və altyazılı fotoşəkillər, “Khojaly tragedy – photo exhibition” adlı virtual sərgidə isə Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.
“XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
Hazırladı: Mina RƏŞİD