21.11.2024, 16:07
AZ EN
18.11.2024, 14:45 132

ICESCO-nun Baş direktoru: Əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik

XƏBƏRLƏR
  • “Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı və Azərbaycan xalqını COP29 konfransının yüksəksəviyyəli təşkilatçılıq münasibətilə təbrik edirəm. Siz bütün dünyanı Bakıda bir araya gətirmisiniz. Burada böyük əhəmiyyət kəsb edən iqlim və ətraf mühit mövzularını qaldırmaq olduqca zəruridir. Biz hamımız iqlim dəyişmələrinə qarşı dözümlü olmalıyıq. Öz doğma planetimizi, Yer kürəmizi qorumaq üçün birgə əməkdaşlıq etməliyik”.

Bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində Mavi Zonada təşkilatın sərgi pavilyonunda deyib.

"Bu konfransda müxtəlif qurumlardan, təşkilatlardan və ölkələrdən çoxlu sayda təşəbbüslər irəli sürülür. Əsas çağırış maliyyədən əlavə olaraq, birgə əməkdaşlıqla bağlıdır. Mən bu birgə əməkdaşlığın COP29 çərçivəsində şahidi oldum. Burada elə ab-hava yaradılıb ki, insanları əməkdaşlıq etməyə ruhlandırır, bu isə gələcəyimizə doğru böyük bir addım atmaq deməkdir. ICESCO olaraq, nümayəndə heyətimiz COP29 çərçivəsində 50-dən çox tədbirlərə qatılıb. Həmən tədbirlər iqlim dəyişmələrilə mübarizə, ətraf mühitin qorunması, qida təhlükəsizliyi və su resurslarının idarəçiliyini əhatə edib", - deyə Salim bin Məhəmməd əl-Malik bildirib.

Bu yaxınlarda COP29 çərçivəsində Kosmik Liderlərin Sammitində çıxış etdiyini xatırladan Salim bin Məhəmməd əl-Malik deyib ki, Sammitdə bir sıra mühüm beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"Öz çıxışımda mən iqlimin kosmosla yaxın bağlılığını vurğuladım. ICESCO-nun hazırda 53 üzvü var. Halbuki onlardan çoxu kosmos sektoruna kifayət qədər investisiya yatırmayıb. Odur ki, biz üzvlərimizlə danışıqlar aparıb onlara izah etməliyik ki, kosmos gələcək deməkdir. Məhz buna görə də biz üzv ölkələr üçün Kosmos Elm Ekosistem Məlumatlandırma Proqramını işə salırıq. Bundan əlavə, biz üzvlüyümüzdən kənar tərəfdaşlarla əməkdaşlıqlar qurmağa çalışırıq. Dünən biz, həmçinin mədəniyyət və ətraf mühit arasında bağlılığı əhatə edən tədbirə də qatılmışıq. Zənnimcə, əgər iqlim proseslərini nəzərdə saxlamasaq, öz mədəniyyət irsimizi itirə bilərik. Biz, həmçinin bu gün su təhlükəsizliyi və biomüxtəliflik çağırışlarını həll edən proqramı işə salmışıq. ICESCO olaraq bu fürsətdən istifadə edib iqlim dəyişmələrinə qarşı dözümlülüyü təbliğ edirik", - deyə Salim bin Məhəmməd əl-Malik əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər