23.11.2024, 04:26
AZ EN
12.01.2023, 10:25 257

Vəli Həsənov: Qaçqın düşən hər kəs kimi mənim ailəm də Dərələyəzə dönəcəyimiz günü gözləyir

XƏBƏRLƏR
  • Qərbi Azərbaycandan qaçqın düşən hər kəs kimi mənim ailəm də o yerlərə dönəcəyimiz günü gözləyir. Amma təəssüf ki, nə atam, nə də anam o gözləyənlər arasında yoxdur. Hər ikisi son nəfəslərinə qədər Dərələyəzin xiffətini çəkdi və o həsrətlə də bu dünyadan köçdü.

Bunu Şərur-Dərələyəz mahalından, Ermənistan dövləti adlanan ərazidə yaradılan Yeğeknadzor rayonundakı Qovuşuq kəndindən qaçqın düşmüş Vəli Həsənov deyib.

Vəli Həsənov qədim yurd yerlərimizdən danışarkən bildirir ki, 1831-ci ildən rus etnoqrafı İvan Şopenin apardığı 17 illik tədqiqatların toplandığı “Erməni vilayətinin Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə tarixi abidələr” kitabındakı adların 92 faizi türk mənşəli idi. Həmin kitabda adları keçən Arpa, Başkənd, Ağsu, Horadiz, Qabaxlı, Qalasar, Qaraqaya, Qovuşuq, Qurdqulaq, Sultanbəy və yüzə qədər digər kənddə yaşayan azərbaycanlılar 1988-in sonlarında deportasiya edildilər. Onların arasında bizim ailə də vardı”.

Dərələyəzlilərin həmin vaxt cənnətməkan yurd yerlərindən, doğma ocaqlarından çıxmaq məcburiyyətində qaldığını bildirən müsahibimiz deyir: “Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də bir qrup Qərbi Azərbaycan əsilli ziyalı ilə görüşündəki proqram xarakterli çıxışı, yanvarın 10-da ölkə televiziyalarına müsahibəsi dərələyəzlilərə böyük ümid verib. Bizim əsas arzumuzun dövlətimizin siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini görmək isə o ümidləri daha da artırır”. (AZƏRTAC)

Oxşar xəbərlər