24.04.2025, 16:47
AZ EN
28.03.2023, 15:12 275

O, qəhrəman doğulmuşdur

XƏBƏRLƏR

Şirin Səxavət oğlu Abbasov 15 fevral 1987-ci ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. 1993-cü ildə Baxşəli Əliyev adına Əhmədalılar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2003-cü ildə məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Baş çavuş olan Şirin vəzifə borcunu layiqincə yerinə yetirərək Vətən müharibəsində igidliklər göstərmişdir. O, Füzuli, Xocavənd, Hadrut istiqamətlərində döyüşmüşdür. 9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdır. Göstərdiyi  qəhrəmanlıqlara görə Şirin Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur  döyüşçü", "Şücaətə görə" medalları ilə təltif olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər