23.06.2025, 15:58
AZ EN
06.03.2025, 13:19 244

Ağdərəyə köçən sakin: Doğma kəndimiz köçkünlük illərinin ağrı-acısını unutduracaq

XƏBƏRLƏR
  • "40 illik yubileyimdə doğma kəndimə qayıtmaq məni daha da qürurlandırır".

Bu sözləri bu gün Ağdərə rayonunun Həsənirz kəndinə köç edən Elmir Paşayev deyib.

"Bunu bizə yadadan qəhrəman ordumuza, cənab Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - kənd sakini qeyd edib.

İllər sonra doğma yurda qayıdışın sevincini yaşayan həmsöhbətimiz keçmiş günlərin acısını bu torpaqlarda unudacağını bildirib: "Ömrümüzün sonuna qədər doğma kəndimizdə yaşayacağıq. Əlbəttə, bu bizə yaşadığımız köçkünlük illərinin ağrı-acısını unutduracaq". (APA)

Oxşar xəbərlər