21.05.2024, 23:52
AZ EN
20.08.2023, 09:47 174

6 şəhidi döyüş meydanından çıxarıb özü də şəhid olan qəhrəman

XƏBƏRLƏR
  • 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları "Vətən sağ olsun!", - deyib canlarından keçdi. Belə qəhrəmanlarımızdan biri də Elnur Şahbazovdur.

Şahbazov Elnur Qədir oğlu 2001-ci il avqustun 20-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində anadan olub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli məktəbində orta təhsil alıb.

2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə xüsusi təyinatlı dəstəyə qoşulub. Tovuz döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə öndə vuruşub.

O, 22 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararaq özü qəhrəmancasına şəhid olub.

Ölümün gözünə dik baxan şəhidimiz Elnur Şahbazov böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində böyük ehtiram və izdihamla dəfn edilib. Ölümündən sonra “Cəsur döyüşçü”,

"Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər