22.06.2025, 10:43
AZ EN
17.07.2022, 17:00 407

Son sutkada 190 yoluxma faktı qeydə alınıb

XƏBƏRLƏR
  • Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 190 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 794 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 867 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 893, bu günə qədər isə ümumilikdə 7 milyon 2 min 575 test icra olunub.

Oxşar xəbərlər