04.03.2026, 15:40
AZ EN
04.03.2026, 13:53 78

Ermənistan dəmir yollarını Rusiyadan geri almaq istəyir

XƏBƏRLƏR
  • "Ermənistanın dəmir yollarının idarə olunması məsələsi hazırda Rusiya tərəfi ilə müzakirə olunur".

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, bildirib ki, Rusiya tərəfindən müzakirələri mümkün qədər tez başa çatdırmaq və yekun qərar vermək xahiş olunub: "Biz mümkün qədər tez cavab gözləyirik. Çünki bu layihənin həm Ermənistan, həm də digər region ölkələri üçün əhəmiyyəti çox böyükdür. Buna görə də bu məsələni müzakirə və həll etməkdən başqa alternativimiz yoxdur".

Simonyan onu da əlavə edib ki, Ermənistanın dəmir yolları şəbəkəsinin idarə olunmasına maraq göstərən başqa ölkələr də var. Amma rəsmi İrəvan indiki halda bu məsələni yalnız Rusiya ilə müzakirə edir: "Rusiya ilə danışıqlar davam edir, hələlik yekun qərar yoxdur".

Ermənistan mətbuatı isə yazır ki, İrəvan bəzi ölkələrə "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"nu almaq və idarə etmək üçün müraciət edib. Bildirilir ki, bu məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib. Lakin Rusiya cavabı yubatdığı üçün Paşinyan hökuməti başqa alternativlərin də axtarışına başlayıb.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl mətbuata açıqlamasında dəmir yollarının idarəçiliyi ilə bağlı İrəvanın Moskvaya rəsmi müraciət göndərmədiyini söyləmişdi. Bundan bir neçə gün sonra isə o, Ermənistanın Baş naziri Nikol Paşinyandan müvafiq mesaj aldıqlarını və Moskvanın tezliklə İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Bunun ardınca isə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan danışıqların başladığını bəyan etmişdi. Lakin indi məlum olur ki, Rusiya Ermənistana hələ də konkret cavab verməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər