15.09.2025, 13:43
AZ EN
15.09.2025, 11:46 111

Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb

XƏBƏRLƏR
  • Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

"Mən Azərbaycanın ərazi bütövlüyünü (2022-ci ilin oktyabrında - red.) Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib. (Report)

Oxşar xəbərlər