Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, hazırda şəhidimizin üç övladı - Rüqəyya, Ramilə və Təqi “YAŞAT” Fondunun vəsaiti hesabına Gəncə şəhərində, Xəzər Universiteti "Dünya" Məktəbində təhsil alır. Həmçinin onlar Fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər.
Rüqəyya 2025-ci ildə London şəhərində “YAŞAT” yay məktəbində də iştirak edib.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” bölməsindən əldə etmək mümkündür. (AZƏRTAC)