20.10.2024, 11:47
AZ EN
13.06.2024, 14:53 271

Erməni deputatlar yenə söyüşdülər

XƏBƏRLƏR
  • Bu gün Ermənistan parlamentində keçirilən növbəti iclasda baş nazir Nikol Paşinyanın çıxışına qədər spiker Alen Simonyanla müxalif deputatlar arasında gərgin anlar yaşanıb. Spiker müxaliflərin tələblərinin heç bir əsası olmadığını bildirib və belə davam edərsə onları iclas zalından çıxaracağı barədə göstəriş verəcəyini sərt şəkildə təkrarlayıb.

Baş nazir Nikol Paşinyanın çıxışı isə "Hraparak TV" də canlı nümayiş etdirilib. Əvvəlki çıxışlarından fərqli olaraq daha çox qarşısındakı vərəqlərə baxan baş nazir  keşiş Baqrat Qalstyanın aparıcılığı və digərlərinin dirijorluğu ilə gedən etiraz aksiyalarının ölkədə sabitliyin pozulmasına, müstəqilliyin itirilməsinə xidmət etməsi barədə xüsusi ifadələr işlədib. O, bildirib ki, Ermənistanda 2021-ci ilin yayında seçki keçirilən zaman xalq düzgün seçim edib. Amma din pərdəsi altında fəaliyyət göstərənlər indi həm konstitusiyaya, həm də beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirməklə demokratik dəyərlərin itməsinə çalışırlar. Bu məsələdə yüksək rütbəli keşişlərin susqunluq göstərməsini Tanrıya, xalqa deyil, revanşçılara xidmət kimi dəyərləndirən baş nazir Azərbaycanla bağlı məqamlara toxunub və ənənəvi ikiüzlülüyü yenə nümayiş etdirib. Bir neçə dəfə müxalif deputatların yersiz replikasına əhəmiyyət verməyən Nikol  Paşinyan belə davam edərsə, hökumət tərəfindən sərt reaksiya veriləcəyini yenidən xatırladıb.

Etiraz aksiyaları isə hələ də davam edir və hakimiyyət qəti tədbirlər ələ almaqda qərarlıdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər