Tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirildi, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı şəhid bacısı, şairə Lalə İsmayıl tədbiri açaraq qonaqları salamladı. Daha sonra çıxış edənlər şəhidlərimizin keçdiyi döyüş yolundan danışaraq, bədii nümunələr və dəyərli kitablarla şəhidlərimizin həmişə diqqətdə qalmasının zəruri olduğunu bildirdilər.
Tədbirdə şəhid ailələri, qazilər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Mina RƏŞİD