09.06.2025, 17:16
AZ EN
28.11.2023, 11:05 377

Eşqi Bağırov: 2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəb binaları tikiləcək

XƏBƏRLƏR
  • “Növbəti il üçün əsaslı təmir və yenidən tikintisi nəzərdə tutulan 50-ə yaxın məktəb var”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə yeni məktəblərin tikintisi nəzərdə tutulub.

“2024-cü ildə Ağdam, Cəbrayıl, Füzuli rayonlarında yeni məktəblərin tikintisi aparılacaq”, - deyə Eşqi Bağırov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər