07.02.2025, 17:58
AZ EN
07.02.2025, 15:00 206

Cəmşid Dərələyəzli: "Unutmasın yeni nəsillər"

XƏBƏRLƏR
  • "Hədəfimiz gələcəkdə bu xəritədə göstərildiyi kimi "Ermənistan"nın 29 may 1920-ci il 9,8 min kv.km-lik serhədinə gedib çıxmaqdır. Çünki, biz beynəlxalq güclərin təsiri ilə məhz ermənilərə o zaman dövlət olmaları üçün bu qədər ərazinin verilməsinə razılıq vermişik".

Bunu  hüquqşünas Cəmşid Dərləyəzli deyib.

O, bildirib ki, ondan sonra ermənilərin götürdüyü 20,0 min kv.km ərazini isə  Azərbaycanın iradəsindən kənar keçmiş bolşevik höküməti verib onlara. Paşinyanın da hədəfi, məhz Azərbaycanla gələcəkdə bağlanacaq sülh müqaviləsində "Ermənistan" ərazisini 29,8 min kv. km sərhədlərdə qəbul etdirib rəsmiləşdirmək və bununla da adını olmayan erməni tarixinə yazdırmaqdır.  Ona görə də o hər çıxışında deyir, ki, "Azərbaycan tərəfi bizim ərazimizi 29,8 min kv km sərhədlərdə qəbul edir".

Onu da bilməliyik ki,  ermənilər 1920-ci ildə də, İrəvan onlara veriləndə Azərbaycanın başqa ərazilərinə qarşı iddiada olmayacaqlarına söz vermişdilər. Ona görə də yeni nəslin bilməsini istərik ki,  bizim ermənilərlə bağlı, xüsusən də onlara güvənmək sarıdan səhv etmək limitimiz artıq tamamilə bitib: "Ermənilərlə bağlı bunu təkcə biz demirik. Bunu tarix deyir, bunu tarixin ünlü sərkərdələri deyir. Bunu indi həm də Rusiyanın dünənə kimi erməniləri müdafiə edən siyasiləri deyir. Hansı ki, 200 ildir erməniləri bizim coğrafiyamıza gətirən, onları dövlət edib, qoruyan, qollayan məhz ruslar olmuşlar. Ermənilər indi də  Qərbdə yeni qucaq axtarıb, o qucaqda oturmaq istəyirlər. Hansı ki, Zelenski də hakimiyyətə gələndə, region ölkələrinin geopolitik maraqlarını heçə sayıb  ilk gündən Qərbin qucağını seçdi, indi isə Ukraynanın halı ortadadır".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər