13.03.2025, 02:56
AZ EN
06.03.2025, 15:16 175

Ermənilər 44 günlük müharibədə 3941 hərbçi itirib

XƏBƏRLƏR
  • Ermənilərin İkinci Qarabağ müharibəsi zamanı itirdiyi döyüşçülərin sayı məlum olub.

"Vətən səsi" xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin “Joğovurd” qəzetinin sorğusuna cavab olaraq təqdim etdiyi yazılı məlumata əsasən, 44 günlük müharibə zamanı işğalçı ordunun Qarabağda 3 min 941 döyüşçüsü həyatını itirib. 2025-ci il fevralın 20-nə olan məlumata görə, 44 günlük müharibədə ermənilər tərəfdən ölənlərin 1702-si çağırışçı, 860-ı könüllü, 864-ü ehtiyatda olan hərbçi, 143-ü digər qoşunların hərbçisi, 44-ü mülki şəxsdir.

Məlumatda o da qeyd edilir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından 4 il 4 aydan çox vaxt keçməsinə baxmayaraq, 172 hərbçinin və 19 mülki şəxsin harada olduğu hələlik məlum deyil. İstintaq Komitəsi həmçinin bildirib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. 82 hərbçinin yaxınları isə genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edir.

Elxan SALAHOV

 

Oxşar xəbərlər