21.09.2024, 07:28
AZ EN
12.02.2023, 19:55 301

Xankəndi-Laçın yolunda sülhməramlıların 58 avtomobili maneəsiz hərəkət edib

XƏBƏRLƏR
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Belə ki, həmin yük avtomobilləri Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 58-ə çatıb. (Report)

Oxşar xəbərlər