16.04.2025, 18:43
AZ EN
08.01.2025, 16:54 190

Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sakinləri narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu 10 saylı qəsəbədə keçirib. Qəbulda aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərli, qəsəbə sakinləri iştirak ediblər.

İcra başçısı görüşdə əvvəlcə yeni il münasibətilə sakinləri təbrik edərək ötən ilin yekunları barədə respublikamızda və eləcə də rayonda görülən işlərlə bağlı geniş məlumat verərək, cari ildə qarşıdan duran vəzifələrdən danışıb. Rayon rəhbəri eyni zamanda cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə görülən geniş abadlıq-quruculuq işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr və rayona köç barədə də sakinlərə ətraflı məlumat verib.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, ümumi problemlər müzakirə olunub. Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər