19.10.2024, 10:28
AZ EN
25.09.2024, 13:27 251

Füzuli rayonunda “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Füzuli rayonunda Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirildi.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin, Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin və Füzuli Gənclər Evinin əməkdaşları iştirak etdilər.

Tədbirdə əvvəlcə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ülkər Bayramlı çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən ekoloji problemlərin həlli, yaşıllıqların genişləndirilməsi və qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində atılan addımlardan, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda keçirilən tədbirlərdən, aksiyalardan bəhs etdi.

Daha sonra 9 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev mövzu ətrafında geniş məruzə ilə çıxış etdi və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət daşımasını diqqətə çatdırdı.

Digər çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışdılar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər