02.08.2025, 04:33
AZ EN
08.05.2025, 13:01 213

Ulu Öndərə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

XƏBƏRLƏR
  • “Konstitusiya və Suverenlik ili”çərçivəsində “Şanlı Zəfərin qazanılmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsini ziyarət edib, qarşısına tər gül dəstələri düzüblər. Ümumilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən videorolik nümayiş etdirilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin xilaskarı kimi ağır bir missiyanı öz üzərinə götürmüş, xalqımızın və dövlətimizin parçalanmaq, yenidən əsarətə düşmək kimi ağır bir vəziyyətdən çıxarmağı bacarmış, güclü, müasir Azərbaycanın möhkəm təməlini qurmuşdu. Bu gün sürətlə inkişaf edən, beynəlxalq aləmdə hörmət və nüfuz sahibi olan, qalib xalq kimi tanınan, siyasi sabitlik adası olan Azərbaycan məhz Ümumilli liderin vaxtında xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyinin bariz nümunəsidir. Bu gün Azərbaycan onun siyasi varisinin rəhbərliyi altında uğurla inkşaf edir, qarşıya qoyulmuş bütün hədəflərə nail olunur.

Daha sonra çıxış edən natiqlər YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, GDU-nun tarix üzrə fəlsəfə doktoru, dossent, Sosial fənlər kafedrasının müdiri -Cavid Bağırzadə, GDU-nun dossenti, Aqrar elmləri üzrə fəlsəfə doktoru Seymur Xəlilov Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, onun Azərbaycanın bu günü və gələcəyi üçün qoyduğu siyasi idealogiyadan bəhs ediblər. Tədbirdə vurğulanıb ki, Ümummilli Liderin əziz xatirəsi hər zaman yaşayacaq və onun adı Azərbaycanla birlikdə çəkiləcəkdir. Natiqlər həmçinin bildirib ki, bu gün də, Azərbaycanın qazandığı bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyevin siyasi xətti, onun layiqli siyasi varisi, dövlətimizin başçısı cənab İlham Əliyevin bu siyasəti mahiyyət və keyfiyyətcə müasir dövrün tələblərinə uyğun şəkildə aparması dayanır.

Mina RƏŞİD

Oxşar xəbərlər