19.10.2024, 18:33
AZ EN
23.01.2024, 17:42 237

Qubadlı sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən Qubadlı rayon Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbdə keçirilmişdir. Qəbulda icra başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Qəbulda sakinlər tərəfindən qaldırılan 16 məsələdən 3-ü yerində həll olunmuş, 5-i baxılması üçün nəzarətə götürülmüşdür. 4 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmiş, 4 nəfər isə görülən işlərə görə minnətdarlıq bildirmişdir. Sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər