“Bir Tanrı sənəti” kitabına rəy yazmış türkoloq alim Minəxanım Təkləli bildirib ki, ömrünü gənc nəslin təlim-tərbiyəsi işinə həsr etmiş belə müəllimlərdən vaxtilə rayon təhsil şöbəsinə başçılıq etmiş Şirin Zeynalov, Əminə Əbilova, Məmi Bədirxanov, Nəriman Sadıqov, Fərhad Kərimov, İslam İsmayılov, Osman Vəliyev, Qamboy Əhmədov və başqalarının həyat və fəaliyyətləri ilə oxucu bu yeni nəşrdə tanış olur. Çox şübhəsiz, bu zəhmət adamları, elm-maarif fədailəri cəbrayıllıların yaxşı yadındadır.
Mina RƏŞİD