18.10.2024, 09:53
AZ EN
23.01.2023, 08:55 249

Vətən sevdalısı

XƏBƏRLƏR

Yerindən, yurdundan asılı olmayaraq insan doğulduğu, boya -başa çatdığı torpağa daha çox bağlı olur. 30 illik bir zaman kəsiyində doğulan oğullarımız da o yurd yerlərini sevdilər, onun uğrunda canlarından, qanlarindan belə keçməyə hər an hazır idilər. Zamanı gəldi tarix fikirlərimizi təsdiq etdi. Doğma torpaqlarımiz azad olundu. Bu Vətən müharibəsində igidlik göstərərək düşmənə göz dağı çəkdirən oğullarımızdan biri olan Fətəliyev Xəyyam Yaqub oğlu 12 yanvar 1987-ci ildə Kəlbəcər rayonunun Moz kəndində anadan olub. Rayonun işğalı ilə əlaqədar olaraq məcburi köçkün kimi Yevlax rayonunda məskunlaşmış Xəyyam 1993-cü ildə Nəsimi adına 3 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunub və 2004-cü ildə orta təhsilini başa vurub. 2005-ci il iyunun 1 də həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə tərxis olunan X.Fətəliyev bir neçə il müxtəlif yerlərdə işləsə də 2012-ci ildə sənədlərini hərbi məktəbə verib, gizir kursuna daxil olub baş gizir rütbəsində tağım komandiri vəzifəsinə təyin olunub. Xəyyam bildirdi ki, 2016-cı ilin döyüşlərində iştirak edib, yaralansa da müalicə olunaraq xidmətini davam etdirib. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində komandir kimi iştirak edən X.Fətəliyev onu da bildirdi ki, döyüşlərdə 3 erməni tankı, 1 rabitə maşını, çoxsaylı təkərli və zirehli texnika ələ keçirib. 2020-ci il 11 oktyabrda yaralanıb gözünün birini itirib, digərinə linza qoysalar da cəmi 008 faiz görməni bərpa ediblər. Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Milli ordunun 100 illiyi" , "İgidliyə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

İsa Musayev

Oxşar xəbərlər