22.11.2024, 09:14
AZ EN
07.10.2022, 17:50 133

İşğaldan azad edilmiş ərazilərdə sanitar poliqonların qurulması nəzərdə tutulub

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə Nazirlər Kabinetinin Sərəncamına əsasən sanitar poliqonların qurulması nəzərdə tutulub. Bununla əlaqədar Zəngilan, Laçın, Füzuli, Qubadlı və digər rayonlarda ərazilər seçilib. ANAMA tərəfindən həmin ərazilər minalardan təmizlənib. Hazırda prosesin layihələndirilməsi işi aparılır.

Bunu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”ında deyib.

Onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində bərk məişət tullantılarının daşınması, zərərsizləşdirilməsi və yerləşdirilməsi prosesi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR