Ermənistanı anladıq, təkcə 30 illik işğal planları darmadağın edilməyib, həm də “böyük ermənistan” xülyaları alt-üst olub, separatizm üzərindən qurduqları arzular arxivə göndərilib. Bəs içimizdə olanlar niyə narahatdır? Bu sualın bir neçə cavabı var.
Birincisi, özlərinə siyasətçi deyən bu şəxslər xaindirlər və Xankəndində bayrağımızın dalğalanması onların simasını ortaya çıxardı.
İkincisi, onlar anlayır ki, artıq siyasi səhnədə yerləri qalmayıb və bundan sonra nəinki hakimiyyətə gəlməyi arzulaya biləcəklər, ümumiyyətlə heç nədən danışa bilməyəcəklər.
Üçüncüsü, bu qrupların bağlı olduğu dairələr Azərbaycanın qazandığı qələbəni həzm edə bilmir və onların iplərini açaraq, qabağa veriblər.
Onlar kimlərdir?
Başlarında Əli Kərimli dayanır. Tofiq Yaqublu, Altay Göyüşov, Seymur Həzi, Əfqan Muxtarlı, Qənimət Zahid, Manaf Cəlilzadə, Süleyman Süleymanlı, Tural Sadıqlı, Sevinc Osmanqızı və digərləri. Onlar xaindirlər və bunu öz çıxışlarında, mövqelərində açıq şəkildə göstərdilər. Hətta aralarında “Azərbaycan erməniləri qırır” iddiasını tirajlayacaq qədər satqınlar var.
Misal üçün, Əli Kərimli Xankəndidə bayrağımızın ucaldılmasını həzm edə biımədiyi üçün Azərbaycan hakimiyyətini Rusiya ilə münasibətlərdə ittiham edir. Yaxud Tural Sadıqlı gic-gic iddialar irəli sürür, Sevinc Osmanqızı ağzına gələni danışır, Qənimət Zahid Avropadan efirə “qəzəl oxuyur”.
Aydın görünür ki, erməni maraqlarının müdafiə olunduğu mərkəzlərdən bu qruplaşmaya açıq tezis gəlib. Qələbəni gözdən salmaq, cəmiyyəti çaşdırmaq və İrəvanın iddia etdiyi “ermənilərin etnik təmizləmə” iddialarını legitimləşdirmək. Verilən tapşırıq bundan ibarətdir və günlərdir ağalarına xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Onlar həm də anlayırlar ki, “siyasi kapitala” çevirdikləri Qarabağ məsələsi artıq əllərindən çıxıb. 44 günlük müharibədən sonra üzərində dayandıqları Xankəndidə də suverenliyimiz bərpa olundu. Anlayırlar ki, artıq nə cəmiyyət, nə də tarix onları siyasi səhnədə saxlamayacaq, buna görə maksimum şəkildə yalan kampaniyasına başlayıblar. Artıq əminliklə deyə bilərik ki, torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsini ermənilər qədər bu şəxslər də istəmirdi. İstədikləri kimi olmadı və bütün xainlikləri ortaya çıxdı. Bu xainləri xalq tanımalıdır və əminik ki, Azərbaycan xalqı onlara layiq olduqları yeri bundan sonra da göstərəcək.
Vaqif Hüseynli
Demokrat.az