Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
V.Süleymanov bildirib ki, hazırda minatəmizləyənlərin həm texnikaları, alətləri, avadanlıqları, itləri akkreditasiya prosesindən keçirilir: “Texnikalar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə cəlb olunacaq”. (AZƏRTAC)