21.09.2024, 21:20
AZ EN
14.08.2024, 17:11 215

Qarabağ Universitetinin İncəsənət fakültəsinin rəhbərliyi abituriyentlərlə görüşüb

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə universitetə qəbul qaydaları, ixtisaslar, tələbələrə ediləcək güzəştlər, ödənişsiz təhsil, ödənişsiz yataqxana və digər imkanlar barədə məlumat verib.

Dekan qeyd edib ki, İncəsənət fakültəsində Musiqi müəllimliyi, Dekorativ-tətbiqi sənət, Dizayn, İnstrumental ifaçılıq və Vokal sənəti ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək. Tədris prosesinə yerli və beynəlxalq professor-müəllim heyəti cəlb olunub. İxtisaslara uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması başa çatmaq üzrədir.

Daha sonra Dekorativ-tətbiqi sənət və Dizayn kafedrasının müdiri Gülşən Qasımzadə kafedrada tədris olunacaq fənlərlə bağlı təqdimatla çıxış edib.

Sonda abituriyentləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər