29.03.2024, 09:04
AZ EN
29.03.2022, 14:50 540

Azərbaycanda Ramazan bayramının tarixi açıqlanıb

XƏBƏRLƏR

Azərbaycanda Ramazan bayramının qeyd olunacağı günlər açıqlanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasında deyilir.

Fətvada qeyd olunur: “Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək, inşallah. Bütün İslam ümmətini mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətə nail olan bəndələrindən qərar versin.

Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlətimizi qalib və dövlət rəhbərimizi hər zaman müzəffər qərar versin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Amin". ("Trend")

Oxşar xəbərlər