Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbulda sakinlər tərəfindən qaldırılan 18 məsələdən 4-ü yerində həll olunmuş, 8-i baxılması üçün nəzarətə götürülmüşdür. 6 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.
Tahirə AĞAMİRZƏ