Belə ailələrdən biri də Hümbətovlar ailəsidir. Hal-hazırda Tərtər rayonunda yaşayan Zilfiqar Məhərrəm oğlu Hümbətov 1936-cı ildə, həyat yoldaşı Gülnaz Bilal qızı Hümbətova isə 1940-cı ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olublar. Onlar öz doğma yurdları olan Qərbi Azərbaycana tezliklə qayıdacaqlarına inanırlar.
Hümbətova Gülnaz Bilal qızı 1940-cı ildə Vedi rayonunda anadan olub.
Gülnaz xanım deyir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və Biz Qərbi azərbaycanlılar öz tarixi torpaqlarımıza tezliklə qayıdacıyıq. Mən buna səmimi qəlbdən inanıram.
Qeyd edək ki, Zilfiqar və Gülnaz Hümbətovlar məşhur Abasqulu bəy Şadlinskinin qohumlarındandır.
Tahirə AĞAMİRZƏ