Kataloqda 269 zabit və əsgərin, tibb işçisinin 2783 materialı təqdim olunur. Kataloq muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovun ümumi redaktorluğu ilə çap olunub. Tərtibçilər Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, həmin fondun baş mütəxəssisi Pərvanə Əzimova, baş mütəxəssisi Mehriban Seyidzadə və mütəxəssisi Gülnar Fərhadovadır.
Qeyd edək ki, hazırda Vətən müharibəsi fondunun materiallarının bir hissəsi şəhid və qazilərimizə məxsus əşyalar, müharibənin gedişini, tarixi qələbəni, Böyük Qayıdışı əks etdirən fotoşəkillər və eksponatlar muzeyin ekspozisiyasının “Zəfər” zalında sərgilənir.
Kataloq Vətən müharibəsinin iştirakçılarının həyat və döyüş yolunu əks etdirən zəngin materialları ilə həm elmi-tədqiqat, həm də ictimai maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırladı: Mina RƏŞİD