09.06.2025, 12:00
AZ EN
24.06.2024, 10:00 399

Əfsanım bir əfsanə oldu...

XƏBƏRLƏR
  • 18 yaşlı şəhid Əfsan Salıyevin atası deyir ki, oğluyla oktyabrın 2-də danışıb. Ancaq Əfsan atasına müharibədə iştirak etdiyini bildirməyib. Deyib ki, yaşına görə onu müharibəyə aparmayıblar, arxa cəbhədədir.  Həmin günün səhəri isə o qanlı döyüşlərdə şəhadətə ucalıb.

Anası deyir ki, Əfsanım Vətən müharibəsində bir əfsanə oldu. Onun nişan üzüyünü də almışdım. Amma arzularımız yarımçıq qaldı. Bununla belə Əfsanla fəxr edirəm. Balamın timsalında bütün şəhidlərimizin ruhu şad olsun...

Bu gün Vətən Müharibəsinin gənc şəhidi, əsgər Əfsan İlkin oğlu Salıyevin doğum günüdür. O, 2002 ci il iyunun 24-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. İlk təhsilini İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə alıb. Daha sonra Quba şəhər texniki təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecini bitirib. Əfsan bir əsgər kimi Tərtərdə Vətənə xidmət edirdi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Əfsan Salıyev Azərbaycan ordusunun əsgəri kimi döyüşlərə qatılıb. O, Suqovuşan uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Oktyabrın 3-də elə Suqovuşan uğrunda döyüşlərdə də qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əfsan Salıyev ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əfsan balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər