11.02.2026, 14:33
AZ EN
20.11.2025, 15:51 121

Füzuli sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Füzuli RİH başçısı Alı Alıyev bu gün Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə səyyar qəbul keçirdi.

RİH başçısı Alı Alıyev çıxış edərək bildirdi ki, səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinin yerində araşdırılması, onların problemlərinin operativ şəkildə həllinə nail olmaqdır.
Qəbul zamanı vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı səsləndirilən müraciətlər RİH başçısı tərəfindən diqqətlə dinlənildi. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verildi və onların bir qismi həll edilməsi üçün nəzarətə götürüldü.

Mina RƏŞİD

Oxşar xəbərlər