2020-ci il sentyabrın 27-də başlanan Azərbaycanın Zəfər yürüşünə İsa da, böyük bir həvəslə qoşulub. O, Qubadlı, Füzuli uğrunda gedən qanlı savaşlarda iştirak edib. 2020-ci il oktyabrın 18-də Qubadlı uğrunda savaşda yaralanıb. Oktyabrın 20-də Füzulidə şəhadətə yüksəlib.
Şəhidimiz böyük izdiham və ehtiramla 2-ci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”medalları ilə təltif edilib.
İsanın adını xalası qoymuşdu. O, şəhadətə qovuşanda atasının ölümündən bir ay keçmişdi. Evdə müharibədən sağ-salamat qayıdacağına hamını inandırmışdı. Bilirdi ki, ailədə ona çox etiyac var. İndi anası yana-yana deyir ki, mən balamla fəxr edirəm. Mənim oğlum qəhrəmandır!
Anası doğru deyir, İsa bütün Azərbaycanın qəhrəman övladıdır. O, ömrünü Vətənə fəda edəndə cəmi 25 yaşı vardı.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD