Uğur Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq istəyir.
Bu barədə məlumatı Qarabağ Universitetinin rektoru Şahin Bayramov verib.
O, Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunudur.
Ş.Bayramov bildirib ki, Uğur Respublika Fənn Olimpiadalarında (RFO) “Tarix” fənni üzrə 3 dəfə bürünc medal qazanıb:
"RFO-nun üçqat medalçısı olan Uğur Kərimlini, onun müəllimlərini və valideynlərini təbrik edir, Qarabağ Universitetini seçdiyinə görə yüksək intellektli gəncimizə təşəkkürümüzü bildirir, ona tələbəlik illərində daha böyük uğurlar arzulayırıq.
RFO-da 3 dəfə medal qazanan gəncin Qarabağ Universitetini seçməsi bizi qürurlandırır!".
Tahirə AĞAMİRZƏ