Görüş zamanı qonaqlara “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, təşkilat şəhid ailələrinə ictimai dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Həmçinin birliyin fəaliyyət istiqamətləri, reallaşdırdığı təşəbbüslər və gələcək planları barədə geniş təqdimat edilib.
Tədbir çərçivəsində ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu sahədə həyata keçirilən proqram və tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.
Hazırladı: Mina RƏŞİD