01.05.2026, 02:32
AZ EN
01.05.2026, 00:45 105

Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunub

XƏBƏRLƏR
  • Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilib.

Kanadadakı Azərbaycan səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırıb, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar verib. (AZERTAC)

Oxşar xəbərlər