24.04.2025, 18:45
AZ EN
25.12.2023, 13:09 356

Nazir müavini: İşğaldan azad olunan ərazilərdə 100 hektar yeni yaşıllıq zolaqları salınıb

XƏBƏRLƏR
  • İşğaldan azad olunan ərazilərdə 100 hektar yeni yaşıllıq zolaqları salınıb.

Bunu Ağdamda keçrilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, 2023 - cü ildə planda nəzərdə tutulan 100 hektar yaşıllıq zolaqlarının salınması başa çatdırılıb.

"Bu planımız artıq yerinə yetirilib. Təkcə Füzuli ilə bağlı planlrımız qalıb. İl sonuna qədər 15 hektar nəzərdə tutulmuş yaşıllıq zolaqlarını Füzuli hava limanına yaxın ərazidə bitirəcəyik və 100 hektar builki ilə nəzərdə tutulmuş yaşıllıqların, meşə zolaqların salınması başa çatacaq.

Eyni zamanda, meşə-bərpa işləri var. Meşə-bərpa işlərinin 42 hektarını Cəbrayıl rayonunda həyata keçirmişik. Zəngilanda 40 hektar və Füzulidə 2 hektar ərazi il sonuna qədər tamamlanacaq. 85 hektara yaxın meşə-bərpa işləri bu il icra olunub.

Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda 100 hektardan çox yeni yaşıllıq zolaqları salınıb. Meşə-bərpa işləri icra olunub. Rəqəmlərin fərqli olması ərazilərin minalı olması ilə bağlıdır. Ərazilər minadan təmizlənir və biz oradan sertifikat aldıqdan sonra o ərazidə işə başlaya bilirik. 20 hektar ərazidə yeni yaşıllıq zolaqlarının salınmasını planlaşdırmışıq, artıq onun 11 hektarında yaşıllıq zolaqları salınıb. (Trend)

Oxşar xəbərlər