Cənubi Qafqazın geosiyasi baxımdan ən kritik bölgələrindən biri haqqındakı kitabda tarix, hüquq, iqtisadiyyat və strateji sahələr üzrə mütəxəssis araşdırmaçılar tərəfindən aparılmış multidissiplinar təhlillər yer alıb.
Əsər türk dünyası üçün həyati əhəmiyyət daşıyan və regional sabitlik, eləcə də əməkdaşlıq baxımından "oyunun qaydalarını dəyişmək" potensialına malik Zəngəzur Dəhlizinin keçmişini, bu gününü və gələcəyini araşdırır.
Kitabın redaktoru İzmir Ege Universitetinin professoru Vəfa Kurban Qarabağ zəfəri kontekstində kitabın demoqrafik dəyişikliklər, torpaq hüquqları və beynəlxalq hüquq müstəvisində yaranan nəticələrə dair geniş perspektiv təqdim etməklə həm elm adamları, həm də siyasətçilər üçün dəyərli bir mənbə rolunu oynayacağını qeyd edib.
Qeyd edək ki, kitab "Cambridge Scholars Publishing" nəşriyyatında çap olunub. (Report)