22.09.2024, 00:04
AZ EN
16.11.2023, 08:17 273

Kənd sakini: Zabuxa çatan kimi həsrətini çəkdiyim doğma torpağımı öpəcəyəm

XƏBƏRLƏR
  • Zabuxa çatan kimi həsrətini çəkdiyim doğma torpağımı öpəcəyəm.

Bu sözləri noyabrın 16-da Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Firdovsi Bayramov deyib.

“Allah Ali Baş Komandan, Prezidentimizin İlham Əliyevin canını sağ etsin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Onların sayəsində öz yurdumuza gedirik”, - deyə Zabux kənd sakini əlavə edib.

Onun doğma evindən didərgin düşəndə 32 yaşı var idi… “İndi 62 yaşım var. Bu günə min dəfə şükürlər olsun. Neçə vaxt idi ki, Laçına, Zabux kəndinə qayıdacağımız günü gözləyirdik”, - deyən keçmiş məcburi köçkünün el-oba həsrəti artıq başa çatdı. (AZƏRTAC)

Oxşar xəbərlər