21.09.2024, 09:29
AZ EN
13.04.2023, 12:07 189

Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsait ayrılıb

XƏBƏRLƏR
  • Kanada dövləti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə sahəsinə öz töhfəsini verəcək.

Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsait ayrılıb.

Vəsaitin ayrılması barədə qərar Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü ilə verilib.

Məlumat üçün bildirək ki, 2020-ci il noyabrın 10-dan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti mina qurbanı 2001-ci il təvəllüdlü Ramil Əzizov olub. O, Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Mina RƏŞİD

Oxşar xəbərlər