24.04.2025, 21:41
AZ EN
04.06.2023, 12:10 236

Arzusuna qovuşan qəhrəman

XƏBƏRLƏR

Əliyev Yadigar Səfxan oğlu 1994-cü il iyunun 4-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 2000-ci ildə Mübariz Səfərov adına Qaradağlı kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2011-ci ildə həmin məktəbi bitirmişdir. 6-cı sinifdən güləşin Yunan- Roma növü ilə məşğul olmuş, dəfələrlə rayon birinciliyinin ve 7 saylı region üzrə qalibi olmuşdur. 2010-2011-ci illərdə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 2-ci, 3-cü yerləri tutmuş və yığma komandada məşq etmişdir. 2012-ci ildə Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmiş ve həmin hərbi hissədə Mülki Müdafiə Qoşunlarının ən yaxşı yanğınsöndürmə birinciliyi üzrə 2-ci yeri tutmuş və kiçik çavuş təyin edilmişdir. Mülki Müdafiə Qoşunları arasında keçirilən sərbəst güləş üzrə 1-ci və 2-ci yerlərə layiq görülmüşdür. Fəxri fərman və medallarla təltif olunmuşdur.  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Sərbəst güləş üzrə birinciliyində yüksək səviyyədə hakimlik etdiyinə görə diplomla təltif olunmuşdur. 2014-cu ilin yanvar ayında təxris olunmuşdur.

2020-ci il yanvar ayında Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə kurs keçmişdir. 2020-ci aprelin 4-də təlimlərdə yüksək səviyyədə iştirak etdiyinə görə komandir tərəfindən çavuş rütbəsi almış və medalla təltif olunmuşdur.  Aprel ayının 1-dən çavuş rütbəsində işləməyə başlamışdır. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlılarının Baş kəşfiyyatçısı təyin edilmişdir.

Qarabağın düşmən tapdağından azad edilməsi arzusu ilə yaşayan qəhrəmanımız 2020- ci ildə başlayan İkinci Qarabağ müharibəsində yaxından iştirak etmək üçün oktyabr ayında Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına könüllü olaraq gəlmişdir. Qubadlı rayonunda döyüşlərdə iştirak etmiş və  daha sonra Şuşa şəhərinin Sığınaq kəndinə gələrək  əlbəyaxa döyüşlərə qatılaraq  xeyli sayda erməni düşmənlərinin canlı qüvvəsini məhv etmişdir. Əliyev Yadigar Səfxan oğlu 28 oktyabr 2020-ci ildə öz yaralı əsgərini xilas edərkən düşmənin atdığı snayper gülləsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. 2020-ci noyabrın 1-də Goranboy rayonunun Qaradağlı kəndində böyük ehtiram və izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən  "Vətən uğrunda", İgidliyə görə" və "Şuşanın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər