Can Azərbaycanın hər yerindən, millətindən, dilindən asılı olmayaraq hamı müstəqil Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmri ilə əks həmlə hücumu hamını arzusuna qovuşdur. Nəticə ürəkaçan açan oldu. Bir vaxtlar məğlubedilməz ordu kimi özünü təqdim edən, başda Fransa olmaqla bəzi ölkələr Ermənistanın təslim olmasının qarşısını ala bilmədi. Azərbaycanın Şanlı Ordusu öz sözünü dedi. Bu Qələbədə Əbil Namiq oğlu İlyaslının da öz yeri var. O, 6 mart 1998-ci ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olmuşdur. Orta təhsilini Mirzə Kərim adına tam orta məktəbdə başa vurduqdan sonra Quru Qoşunlarında həqiqi hərbi xidmət keçən Əbil könüllü olaraq Vətən müharibəsində Füzuli, Şuşa, Cəbrayıl istiqamətində döyüşür. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
İsa Musayev