22.09.2024, 03:36
AZ EN
10.03.2023, 17:14 223

Ağdam və Laçında “Heydər Əliyev” ili çərçivəsində ağacəkmə aksiyası keçirilib

XƏBƏRLƏR
  • Ağdam və Laçın rayonlarında “Heydər Əliyev” ili çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Quzanlı-Hindarx avtomobil yolunun Üçoğlan kəndi ərazisindən keçən hissəsində ümumilikdə 150 ədəd çinar ağacı əkilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP fəalları və ictimaiyyət nümayəndələri ağacəkmə aksiyasında iştirak ediblər.

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə isə ağacəkmə aksiyası rayonun idarə-müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi  rayonu Taxta körpü ərazisində keçirilib. Sözügedən ərazidə 200-dən çox eldar şamı əkilib və ərazidə olan  ağaclara qulluq göstərilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyəti  başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, QHT nümayəndələri və könüllülər iştirak ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər