02.08.2025, 10:44
AZ EN
29.05.2025, 08:11 255

Laçın sakini: Yurdumuza dönmək uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir

XƏBƏRLƏR
  • Laçına dönmək elə bil uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir.

Bunu keçmiş məcburi köçkün Xatirə Quliyeva Laçın rayonunun Bəylik kəndinə yola düşməzdən əvvəl deyib.

“Duyğularımı tam ifadə edə bilmirəm. Çoxdan bəri gözlədiyimiz gün gəlib çatdı. İllərdir xəyalını qurduğumuz torpağa qayıdırıq. Bu, sadəcə köç deyil, həyatımıza qayıdışdır”, – o bildirib.

O əlavə edib ki, illər sonra kəndin torpağına ayaq basmaq, o torpağın qoxusunu yenidən almaq onun üçün hər şeydən dəyərlidir. (Report)

Oxşar xəbərlər