Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında artıq 27-ci dəfə keçirilən konfransın təşkilinin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Qarabağ Universitetinin 4 əməkdaşı konfransda məruzə ilə çıxış ediblər.
Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Tahirə AĞAMİRZƏ