10.04.2026, 16:20
AZ EN
10.04.2026, 14:02 38

“Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans keçiriləcək

XƏBƏRLƏR
  • Aprelin 15-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans və sərgi keçiriləcək. Tədbirdə tanınmış şairlər və yazıçılar, tənqidçilər, ədəbiyyatşünaslar, eləcə də, Qarabağ mövzusunda əsərlər qələmə alan müəlliflər iştirak edəcəklər.

Konfrans çərçivəsində Qarabağ mövzusunun müasir ədəbiyyatımızda əksi, müharibə xatirələrinin bədii təcəssümü, vətənpərvərlik ruhunun ədəbiyyat vasitəsilə təbliği kimi mövzular müzakirə olunacaq. Eyni zamanda, sərgidə Qarabağ mövzusunda kitablar, əlyazmalar və müxtəlif ədəbi nümunələr nümayiş etdiriləcək.

AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli “Real” TV-yə açıqlamasında bildirib ki, Qarabağ müharibəsinin həm birinci, həm də ikinci mərhələsində bu mövzuda çox sayda əsərlər yazılıb: “Biz istədik ki, həmin əsərləri bir yerdə nümayiş etdirək. Tədbirdə üç məruzə dinləniləcək. Bunlar poeziya, publisistika və nəsrlə birgə dramaturgiyadır. Eyni zamanda, bu mövzuda yazılmış kitabların sərgisi nümayiş etdiriləcək. Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılacaq, suallar cavablandırılacaq və təkliflər dinləniləcək”.

Qeyd edək ki, tədbir Qarabağ həqiqətlərinin ədəbiyyat vasitəsilə daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər