10.04.2026, 15:05
AZ EN
10.04.2026, 13:27 56

Türkiyə, Azərbaycan və Ermənistan parlamentləri arasında görüş ola bilər

XƏBƏRLƏR
  • Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışarkən bildirib. O, qeyd edib ki, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.

Türkiyəli spiker Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafını həssas məsələ adlandırıb.

Xatırladaq ki, Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri həm beynəlxalq təşkilatların vasitəçiliyi ilə, həm də ikitərəfli qaydada müxtəlif platformalarda bir neçə dəfə görüş keçiriblər. Artıq bu cür görüşlər demək olar ki, mütəzəm xarakter alıb. Həmçinin Türkiyə-Azərbaycan və Türkiyə-Ermənistan parlamentləri səviyyəsində də belə təmaslar tez-tez keçirilir. Hər üç ölkənin parlament rəhbərlərinin iştirakı ilə görüşlərin keçirilməsi isə yeni təşəbbüsdür və hazırda bu təşəbbüsün reallaşması istiqamətində müzakirələr davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər