10.04.2026, 16:22
AZ EN
10.04.2026, 14:48 28

“İstisu” mineral su zavodunun ixrac gəlirləri 6 dəfədən çox artıb

XƏBƏRLƏR
  • 2026-cı ilin yanvar-fevral aylarında “İstisu” mineral su zavodu 45 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon dollar və ya 6,2 dəfə çoxdur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında “İstisu” mineral su zavodunun ixrac gəlirləri 7,3 milyon dollar olub.

Xatırladaq ki, 1976-cı ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Bununla da nadir və faydalı mineral tərkibə malik “İstisu” təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb. (AZƏRTAC)

Oxşar xəbərlər