Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (129,4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ İqtisadi Rayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda 1171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57,8% artıb.
Cari ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb. (Trend)