09.06.2025, 15:29
AZ EN
25.06.2023, 09:01 358

“Azərbaycan Bayrağı” ordenli Elvin Məmmədov

XƏBƏRLƏR
  • Məmmədov Elvin Eldəniz oğlu 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub. Ali təhsilini başa çatdırdıqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti zamanı fəal snayperçi kimi tanınıb. Xidməti zamanı xüsusi təyinatlılar kursunu müvəffəqiyyətlə başa çatdırıb. Hərbi xidmətdə göstərdiyi nailiyyətlərinə görə bir çox fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edilib. 2015-ci ildə hərbi xidmətini  başa vurub.

Elvin Məmmədov 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən hərbi xidmətə yollanıb və Vətən müharibəsi başlananda döyüşlərə qatılaraq ön cəbhədə vuruşub. Qəhrəman əsgər oktyabrın 15-də Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Ağdaşda torpağa tapşırılıb.

Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Elvin Məmmədov olümündən sonra “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Cəsur döyüşçü" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Doğmaları deyirlər ki, Elvin hələ hərbi xidmətdə olduğu müddətdə də tez-tez zəng edib ailəsini narahat etmək istəməzdi. Deyirdi ki, burada hər şey yaxşıdır, inşallah torpaqlarımızı düşmən tapdağından azad edəndən sonra tez-tez danışarıq. Son 15 gün ərzində ondan xəbər gəlməyib. Sonra bir gecə evlərinə zəng edərək sağ-salamat olduğunu söyləyib. Deyib ki, döyüşdən gəlmişik, hər şey əladı, düşmən tərəfin postlarını darmadağın etmişik, yəqin televizorda baxırsınız... Elvin sonuncu dəfə anası ilə telefonda danışanda ondan halallıq alıb və növbəti döyüş əməliyyatına gedəcəklərini söyləyib. 2 gündən sonra döyüşdə qəhrəmancasına şəhadətə ucalıb.

Bu gün “Azərbaycan Bayrağı” ordenli, 19 yaşında adı qəhrəmanlıq nümunəsi kimi gənclərə örnək olan Elvin Məmmədovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elvin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər